Fələstin «Fələstin Dövləti» adlanacaq
05 yanvar 2013 20:12 (UTC +04:00)

Fələstin «Fələstin Dövləti» adlanacaq

Fələstin adminstrasiyasının başçısı Mahmud Abbas «Fələstin Muxtar Adminstrasiyası» adının «Fələstin Dövləti» adı ilə əvəz edilməsinə dair fərman imzalayıb.

Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, bundan sonra Fələstinin bütün dövlət blankları, sənədləri, poçt markaları, nişanlar və başqa bu kimi sənədləri üzərində «Fələstin Dövləti» yazılacaq.

Qeyd edək ki, 2012-ci ilin noyabrında BMT-nin Baş Assambleyasında Fələstinə qurumda müşahidəçi dövlət statusu verilmişdi. Mahmud Abbasın bu addımı atmasına həmin statusunda təsir etdiyi bildirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1391
avatar

Oxşar yazılar