Alman bioloqu bildirib ki, İkinci dünya savaşı zamanı faşistlərin ağcaqanadlardan silah kimi istifadə edilməsini nəzərdə tutan təsdiqlənmiş planı tapıb.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, Tübingen Universitetindən alim Klaus Reynhard «SS»-in başçısı Henrix Himler tərəfindən Dahauda əsir düşərgəsi ilə bağlı araşdırma materialları öyrənib.
Reynhardt qeyd edib ki, alimlər malyariyanı yayan ağcaqanadı tapıb, ona bu xəstəliyin daşıyıcısını yeridib, daha çox adamı yoluxdurmaq üçün onu düşmən ərazisinə atmaq istəyib.
Mənbə xatırladıb ki, Dahaudakı əsirlərin xüsusi olaraq, malyariyaya yoluxdurulması məlumdur. Savaşın ikinci yarasında onlar ciddi şəkildə məğlubiyyətə uğradığından faşistlərin bioloji silah yaratmaq planı gerçəkləşməyib.