Fevralın 24-də etiraz aksiyasının iştirakçıları Venesuelanın paytaxtı Karakasa giriş yollarını bağlayıb.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, onlar zibil qablarından ibarət barrikadanı xatırladan istehkam qurublar.
Mənbə xatırladıb ki, son iki həftə ərzində prezident Nikoloas Maduro hakimiyyətinə etiraz yürüşündə 11 nəfər öldürülüb.
Aksiya iştirakçıları inflyasiyanın səviyyəsinin yüksəlməsi, cinayətkarlığın sayının artması, ərzaq məhsullarını qıtlığında hakimiyyətin məsuliyyət daşıdığını bildirir, onu bu kimi sosial-iqtisadi problemləri həll edə bilməməkdə suçlayır.
Maduro isə baş verənlərə görə ABŞ-ı qınayır.