Avropa parlamenti Avropa Birliyinin ali komissarı Ketrin Eşton və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Edvard Snoudenin Nobel Sülh Mükafatına namizədliyini irəli sürüb.
Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, Snoudenin namizədliyinin təşəbbüsçüsü parlamentin «yaşıllar» fraksiyası və Avropa Sosialistlər Partiyasından olan deputatlardır.
Mənbə bildirib ki, sosialist və demokratlar qrupunun rəhbəri Hannes Svaboda hesab edib ki, bu mükafatı Ketrin Eşton, Serbiyanın baş naziri İvista Daçiç, eləcə də Kosovonun lideri Həşim Taçi də almalıdır.