Avropa Birliyinin ali komissarı Ketrin Eşton Ukrayna parlamentində təmsil olunan partiyaların liderləri ilə görüşüb.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, müxalifətin liderləri Vitali Kliçko («UDAR»), Arsen Yatsenyuk («Batkivşina») Oleq Tyaqnibok («Svoboda») ilə AB təmsilçisi Ukraynadakı vəziyyəti, iqtisadi böhrandan çıxış yollarını müzakirə edib.
Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə komissarı bəyan edib ki, yeni hökumətin formalaşdırılmasından sonra Avropa Birliyi Ukraynaya yardım edəcək.
Ketrin Eşton, həmçinin, Regionlar partiyasının nümayəndəsi Aleksandr Yefremov ilə görüşüb.