Eşton susur, İran rəsmiləri «gələcək» deyir
04 fevral 2014 03:11 (UTC +04:00)

Eşton susur, İran rəsmiləri «gələcək» deyir

Özü təsdiqləməsə də Tehran rəsmiləri onun adından xəbər yaymaqdadır. Lent.az-ın İran KİV-ə istinadən məlumatına görə, Avropa Birliyinin ali komissarı Ketrin Eşton Tehrana səfər edəcək.

 

Mənbə bu səfərin İranla «altılıq» təmsilçiləri arasında fevralın 18-də keçiriləcək növbəti danışıqlardan sonra gerçəkləşəcəyi ehtimal olunur.

 

Tehranı atom problemi ilə bağlı danışıqlarda təmsil edən heyətin üzvü Məcid Təxti-Rəvançı səfərin dəqiqi vaxtını açıqlamayıb.

 

Xatırladaq ki, bir müddət öncə İranın xarici işlər naziri Məhəmmədcavad Zərif K.Eştonu ölkəsinə dəvət edib. Avropalı diplomat bu dəvətə görə iranlı nazirə təşəkkürünü bildirib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 587
avatar

Oxşar yazılar