Moskva artıq onu hakimiyyətdə saxlamağın mümkünsüzlüyünü anlayıb
«Əş-Şərq əl-Ousat» qəzeti Suriya müxalifətinə əsasən bildirib ki, Vaşinqtonla Moskva Bəşar Əsədin hakimiyyətdən getməsində razılığa gəlib.
Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, hakimiyyətdən getməyi qarşılığında onlar Suriya prezidentinə, ailəsinə və onun 150-yə yaxın ətrafına təhlükəsizlik təminatı vəd ediblər.
Suriya müxalifəti Milli Şurası bildirib ki, bu haqda razılaşma Dublində və Genevrədə ABŞ-la Rusiya Xarici İşlər nazirlikləri təmsilçilərinin görüşündə əldə olunub.
Razılığa gələn tərəflər arasında Suriya böhranının iki həlli yoluna baxılıb: Bəşar Əsəd hakimiyyətdən könüllü olaraq, gedir və ona qarşı beynəlxalq məhkəmə qurulmur, yaxud onun iştirakı olmadan hakimiyyət təhvil verilir, bu halda isə Əsəd müdafiə hüququnu itirir.
Müxalifət Rusiya mənbələrinə istinadən bildirib ki, Suriyadakı rejimin başçısı özünün və 142 nəfər yaxın ətrafının təhlükəsizliyinin təmin edilməsi qarşılığında danışıqlara hazır olduğunu bəyan edib.
Yaxın ətraf dedikdə onların 108 nəfəri təhlükəsizlik xidmətinin, ordunun atəş əmiri verən başçıları, qalanı isə Əsədi ailə üzvləridir.
Qəzetin yazdığına görə, Moskva artıq Əsədi hakimiyyətdə saxlamağın mümkünsüzlüyünü dərk edib. Ona görə də Kreml Dəməşq rejiminin başçısı üçün beynəlxalq ictimaiyyətdən hüquqi immunitet almağa çalışır.