Əsədin 13 zabiti İordaniyaya sığınıb
27 dekabr 2012 05:47 (UTC +04:00)

Əsədin 13 zabiti İordaniyaya sığınıb

Londonda ərəb dilində çıxan «əş-Şərq əl Ousat» qəzeti Suriya ordusundan daha 13 zabitin ailəsi ilə birlikdə (70 nəfərədək) İordaniyaya qaçdığını və yerli hakimiyyətdən  sığınacaq istədiklərini yazıb.

 

Lent.az-ın «RİA-Novosti»-yə istinadən məlumatına görə, İordaniyadakı hərbi mənbə suriyalıların Təll əş-Şihab sərhədyanı rayondan ölkəyə keçdiklərini və əl-Məfrak əyalətindəki ər-Rəcha düşərgəsinə göndərildiklərini deyib.

 

Qəzet yazıb ki, ər-Rəcha düşərgəsində 820 nəfər yaşayır. Suriyada vətəndaş savaşı başlayandan bəri İordaniyaya iki mindən çox hərbçi sığınıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 616

Oxşar yazılar