Gürcüstan müdafiə nazirinin müavini Mixail Darçiaşvilinin başçılığı ilə nümayəndə heyəti yanvarın 28-29-da Ermənistanda səfərdə olub.
Lent.az-ın Ermənistan KİV-ə istinadən məlumatına görə, nümayəndə heyəti Ermənistanın müdafiə naziri Seyran Ohanyan, onun birinci müavini David Tonoyanla görüşüb.
Görüş zamanı tərəflər arasında hərbi sahədə əməkdaşlığın genişləndirilməsi, ə çoxtərəfli formatda əlaqələrin perspektivi müzakirə olunub.
Səfər çərçivəsində 2014-cü ildə əməkdaşlığa dair proqram imzalanıb.
Həmin proqramda müdafiə nazirlikləri arasında qarşılıqlı səfərlər, müdafiə siyasəti sahəsində təcrübə mübadiləsi, hərbi təhsil, resursların idarə edilməsi və s. nəzərdə tutulub.