Ermənistanda prezidentliyə namizədlərin qeydiyyatı başladı
26 dekabr 2012 14:02 (UTC +04:00)

Ermənistanda prezidentliyə namizədlərin qeydiyyatı başladı

Gələn il fevralın 18-də Ermənistanda gələn il fevralın 18-də prezident seçkiləri keçiriləcək.

 

Lent.az-ın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, Ermənistan Mərkəzi Seçki Komissiyası artıq prezidentliyə namizədlərin rəsmi qeydiyyata alınması ilə bağlı sənədləri qəbul etməyə başlayıb və bu proses gələn il yanvarın 4-ə bitəcək.

 

Bundan sonra 10 gün ərzində prezidentliyə namizədlərin rəsmi siyahısı tərtib olunacaq.

 

Qeyd edək ki, Ermənistanın hazırkı prezidenti Serj Sərkisyan prezident seçkilərində iştirak edəcək. Onun namizədliyi sədri olduğu Ermənistan Respublikaçılar Partiyası irəli sürüb. Serj Sərkisyanın əsas rəqibi olacağı gözlənilən Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan isə bu günlərdə seçkilərdə iştirak etməyəcəyini bəyan edib. O, yaşı ilə bağlı belə bir qərar verdiyini söyləyib. Levon Ter-Petrosyan deyib ki, 68 yaşlı insanın siyasətçi üçün optimal 40-60 yaşlı kimi əzmə və işləmək qabiliyyətinə malik ola bilməz, səhnəyə daha gənc siyasətçilər çıxmalıdır.

Firavan Ermənistan Partiyasının sədri, millət vəkili Qaqik Tsarukyan  da ötən həftə prezident seçkilərində iştirak etməyəcəyini və heç bir siyasi qüvvənin namizədini dəstəkləməyəcəyini söyləyib.

 

 

Prezident seçkilərində iştirak etmək niyyətində olan və namizədliyi irəli sürülən siyasətçilərə gəlincə, bu sırada Azadlıq Partiyasının sədri, sabiq baş nazir, millət vəkili Hrant Baqratyan, Milli Müqəddərat Birliyinin lideri Paruyr Hayrikyan, işsiz Vardan Sedrakyan var. Levon Ter-Petrosyanın prezidentliyi dönəmində xarici işlər naziri olmuş ABŞ vətəndaşı, İrs Partiyasının sədri Raffi Ovannisyanın adı var. Raffi Ovannisyan Ermənistanda 10 il yaşadığını təsdiq edən sənədi aldıqdan sonra namizədliyinin irəli sürülməsi ilə bağlı qanunvericiliyin qarşısında yaratdığı əngəli aşıb.

 

Azad Demokratlar Partiyasının sədr müavini Anuş Sedrakyan isə hələ qəti qərar verməyib. Əvvəllər seçkilərdə iştirak edəcəyini bildirmiş Anuş Sedrakyan namizədliyini irəli sürürsə, namizədlər sırasında yeganə qadın olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 896

Oxşar yazılar