Ermənistanda naməlum infeksiya yayılıb. Gümrü şəhərinin yataqxanasında bu infeksiyaya bir qadın və 11 uşaq yoluxub.
Bu barədə APA Lragir.am saytına istinadən məlumat yayıb.
Qeyd olunur ki, naməlum xəstəlik bir neçə gün davam etsə də, ailə hələ də həkim nəzarətinə götürülməyib. İnfeksiya və onun müalicə metodları da hələ tapılmayıb.
Gümrüdə lazımi tibbi xidmətlərin fəaliyyət göstərməsinə rəğmən, onlar problemə biganə yanaşırlar.
«Dünən həmçinin hərbi hissələrin birində xəstəlikdən əsgərin öldüyü barədə xəbər yayılıb. Mətbuatda yer alan məlumata görə, əsgər meningitdən ölüb. Bu, orduda ilk ölüm halı deyil. Çoxlarını hospitallara ölüm ayağında göndərirlər. Çünki hərbi hissələrdə lazımi tibbi xidmətlər yoxdur. Yəni, epidemiya tək Gümrüdəki yataqxananı və ordunu deyil, bütün Ermənistanı əhatə edib», - deyə Lragir.am saytının məlumatında bildirilir.