Ermənistanın Dilican şəhərindəki atışma nəticəsində yerli kriminal avtoritet Navasard Abqaryan həyatını itirib. Lent.az-ın “news.am”a istinadən verdiyi məlumata görə, Abqaryan əməliyyatdan sonra ölüb.
İnsident dekabrın 24-də baş verib. Gənclərdən ibarət iki qruplaşma arasındakı mübahisə atışmaya səbəb olub. Yaralılardan biri İrəvan xəstəxanasına çatdırılıb. 33 yaşlı Abqaryan isə Dilican tibb mərkəzinə aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, ölən şəxs yerli oliqarx, “Aqartsin” restoranlar kompleksinin sahibi Armen Abqaryanın qardaşı oğludur.