Ermənistan ordusunun daha bir hərbçisi xəstəxanada ölüb. Lent.az-ın məlumatına görə, 19 yaşlı Arşak Zardaryan ölkənin Müdafiə Nazirliyinin klinik hospitalında keçinib.
O, ağ ciyərindəki kəskin iltihab diaqnozu ilə 4 gün hospitalda qalsa da, müalicəsi effekt verməyib.
Qeyd edək ki, Arşak Zardaryan hərbi xidmətə 2013-cü ilin yazında Gorusdan çağırılıb. Onun Müdafiə Nazirliyindəki yüksək rütbəli əməkdaşlardan birinin bacısı oğlu olduğu bildirilir.