Ermənistan erməni miqrantlar üçün xüsusi status istədi
10 fevral 2014 13:36 (UTC +04:00)

Ermənistan erməni miqrantlar üçün xüsusi status istədi

Ermənistan Rusiyadan miqrasiya qanunvericiliyinə dəyişikliklərin edilməsini xahiş edib.

 

APA-nın “İzvestiya” qəzetinə istinadən verdiyi məlumata görə, Ermənistanın milli təhlükəsizlik Şurasının katibi Artur Baqdasaryan rusiyalı həmkarı Nikolay Patruşevə yazdığı məktubda Ermənistan vətəndaşları üçün güzəştlərin edilməsini istəyib.

 

“Ermənistanla Rusiya strateji tərəfdaşdırlar. Strateji tərəfdaşlarla münasibətdə Rusiya liberal yanaşma sərgiləyə bilər. Məsələn, Avropa İttifaqı daxilindəki kimi”, - deyə A.Baqdasaryan məktubunda vurğulayıb.

 

A.Baqdasaryan Ermənistanın tezliklə Gömrük İttifaqına üzv olacağını əsas gətirərək Moskvadan Rusiyaya gedən ermənilərə xüsusi statusun verilməsini xahiş edib. 

 

Xatırladaq ki, 2014-cü ilin yanvarın 14-dən Rusiyaya işləmək üçün gedən xarici vətəndaşlar üçün ölkə ərazisində qalma müddəti 90 gün müəyyənləşdirilib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 788
avatar

Oxşar yazılar