Ermənistan-Rusiya sazişlərinin ratifikasiyasına etiraz əlaməti olaraq İrəvanda ölkə parlamentinin binası qarşısında aksiya keçirilir.
APA-nın “Novosti Armeniya”ya istinadən xəbərinə görə, bu gün Ermənistan parlamentinin növbədənkənar iclasında “ArmRosqazprom”un səhmlərinin 20%-nin Rusiyaya verilməsi, təbii qaz, neft məhsulları və emal olunmamış almazla bağlı imzalanmış dövlətlərarası sazişlərin ratifikasiya olunması gözlənilir.
Hazırda parlament binası qarşısında sakitlikdir. Aksiya iştirakçılarının sayı artmaqda davam edir.