Ermənistan Gömrük İttifaqına qoşulacağı təqdirdə, həmin gömrük rejimi mexaniki olaraq, qondarma “Dağlıq Qarabağ Respublikası”nı da əhatə edəcək. Lent.az-ın məlumatına görə, bu barədə “Joxovurd” qəzetinə Ermənistanın hakim Respublikaçılar Partiyasından olan parlament fraksiyasının rəhbəri və partiyanın sədr müavini Qalust Saakyan açıqlama verib.
O bildirib ki, Ermənistan və “DQR” arasında gömrüyə dair bənd olmadığından, Gömrük İttifaqına daxil olduqdan sonra həmin rejim qüvvəyə minə bilər: “Qarabağ Ermənistanla həmsərhəd ərazisidir. Hazırda ora mallar necə ixrac olunursa, bu, Ermənistanın Gömrük İttifaqına girməsindən sonra da davam etdiriləcək”.