Erməni nazir Türkiyəyə qarşı ərazi iddiaları ilə çıxış etdi
17 yanvar 2014 15:39 (UTC +04:00)

Erməni nazir Türkiyəyə qarşı ərazi iddiaları ilə çıxış etdi

Ermənistanın elm və təhsil naziri Armen Aşotyan ölkənin adını Şərqi Ermənistan Respublikasına dəyişdirmək təklifi ilə çıxış edib.


 

APA-nın “Novosti-Armeniya” agentliyinə istinadən verdiyi məlumata görə, nazirin fikrincə, ölkənin adının dəyişdirilməsi məsələsi Konstitusiya islahatları yolu ilə həll oluna bilər.

 

“Mən ölkəmizin adının dəyişdirilməsi məsələsini tarixi ədalətin bərpası, vətənpərvərlik və qanuni tələblər nöqteyi-nəzərindən müzakirə etməyə təklif edirəm. Zənnimcə, erməni torpağının bu hissəsində qurulan dövləti Şərqi Ermənistan Respublikası adlandırmaq daha doğru olardı”, - deyə o vurğulayıb.

 

A.Aşotyan xatırladıb ki, belə bir təkliflə 2005-ci ildə konstitusiya islahatları paketinin müzakirəsi zamanı da çıxış edib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1331
avatar

Oxşar yazılar