Fələstin lideri, 9 il öncə vəat etmiş Yasir Ərəfatın həyat yoldaşı Suha Ərəfat ərinin ölümilə bağlı yeni ehtimal açıqlayıb.
Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, o, həyat yoldaşının ölümündən bir ay öncə zəhərlədiyini bildirib.
S.Ərəfat Misirin «Dream» telekanalına müsahibəsində Yasir Ərəfatın şorbadan zəhərləndiyini iddia edib: «Zəhər şorbada olub. Yasir şorbanın dadına baxan kimi qəflətən yerindən durdu, sanki onu elektrik cərəyan vurdu. O qaşığı stola atdı və tələsik hamam otağına yollandı».
S.Ərəfat ərinin yaxın çevrədən olan bir nəfər tərəfindən zəhərləndiyini vurğulayıb.