Ərdoğanın Tehrana səfərinin məqsədi açıqlandı
23 yanvar 2014 16:56 (UTC +04:00)

Ərdoğanın Tehrana səfərinin məqsədi açıqlandı

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan yanvarın 28-29-da İrana səfər edəcək.


 

APA-nın İran mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin İrandakı səfirliyinin üçüncü katibi Mustafa Əli açıqlama verib.

 

Onun sözlərinə görə, Türkiyə baş nazirinin İrana səfərinin əsas müzakirə mövzularını iki ölkə arasındakı ticarət əlaqələri və Suriya böhranı təşkil edəcək.

 

M.Əli deyib ki, İran və Türkiyə arasında ticarət mübadiləsinin həcmi 30 milyard dollar ehtimal edilir: “Bu rəqəmin növbəti 9 ildə 100 milyard dollara çıxarılmasını hədəfləyirik”.

 

Türkiyəli diplomat qeyd edib ki, R.T.Ərdoğanın İrana səfəri zamanı gömrük sahəsində sadələşdirmələrin həyata keçirilməsi, iki ölkə mərkəz banklarının əlaqələrinin asanlaşdırılması və Suriya böhranı kimi mühüm mövzularla bağlı fikir mübadiləsi aparılacaq.


 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 831
avatar

Oxşar yazılar