Ərdoğanın şok səs yazısı yayılıb
05 fevral 2014 11:57 (UTC +04:00)

Ərdoğanın şok səs yazısı yayılıb

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana aid olduğu iddia edilən şok səs yazısı yayılıb.

 

Lent.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, səs yazısından belə məlum olur ki, Ərdoğan ötən il iyunun 4-də “Habertürk” televiziyasından Fatih Saraça zəng edərək, MHP sədri Dövlət Baxçalının çıxışının yayınlanmamasını istəyib.

 

Səs yazısında baş nazir kanal rəsmisinə Baxçalının çıxışının çıxarılması barədə təlimat verir.

 

İddialara görə, Ərdoğan əvvəlcə Habertürk kanalının sahibi Turqay Cinərin biznesinə maneçilik yaradıb, sonra isə yaxın adamı Fatih Saraçı kanala yerləşdirmək qarşılığında onun işlərinə yaratdığı süni maneəni aradan qaldırıb.

 

Bildirilir ki, Ərdoğan ötən ilin yayında “Gezi hadisələri” yaşananda da “Habertürk”ü izləyib və Fatih Saraça zəng edərək, kanalın yayım siyasətinə müdaxilələr edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3080
avatar

Oxşar yazılar