Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın qardaşı oğlu və şəxsi mühafizəçisi Əli Ərdoğanın polis bölməsinə hücum çəkdiyi anların görüntüləri internetə düşüb.
Lent.az-ın Türkiyənin odatv.com saytına istinadən məlumatına görə, baş nazirin qohumu polis bölməsinə girərək, orada əmisini tənqid edənlərə söyür, polislərə həmin şəxslərə işgəncə verməyi əmr edir.
Ə. Ərdoğanın əmrlərini yerinə yetirməkdən boyun qaçıran polislər isə onun söyüşlərinə tuş gəlirlər.
Bir neçə ay öncəyə aid olan görüntülərdə qeydə alınan polis rəisinin Ə.Ərdoğanın əmrlərini yerinə yetirmədiyi üçün vəzifədən uzaqlaşdırıldığı bildirilir.