Türkiyədə başladılmış korrupsiya və rüşvət əməliyyatı çərçivəsində baş nazir Rəcəb Tayyip Ərdoğanın oğlu Bilal Ərdoğanın da istintaqa çağrılması barədə sənəd olduğu iddia edildi.
Lent.az-ın xəbərinə görə, Türkiyənin “Sözçü” qəzeti korrupsiya və rüşvət əməliyyatının ikinci mərhələsində B. Ərdoğan için istintağa çarılması barədə qərar çıxarıldığı barədə məlumat yayıb.
Türkiyədəki “Ulusalkanal” isə Ərdoğanın istintaqa şahid deyil, şübhəli şəxs kimi çağırıldığını iddia edib.
Qeyd edək ki, bu gün baş prokurorun əmri ilə cinayət işinin prokuroru Muammer Aktaş istintaqdan uzaqlaşdırılıb.