Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdağon dünən axşam saatlarında Yaponiyaya səfərə yola düşüb. Lent.az-ın “Milliyət”ə istinadən verdiyi məlumata görə, yola düşməzdən əvvəl Atatürk hava limanında mətbuat konfransı keçirən Ərdoğan kuryoz hadisə ilə qarşılaşıb. Konfrans başa çatan kimi baş nazirin müavini Bəşir Atalay Ərdoğanın masasına tərəf gəlib. Bəşir Atalay hökumət başçısına “Cənab baş nazir, gələn həftəki Dövlət Şurası qanunu idi, onu gerimi çəkdik?” deyib. Ərdoğan isə “Onu indi gerçəkləşdirmirik” deyə cavab verib. Atalay dərhal “Yerinə nə qoyacağıq” soruşub. Ərdoğan isə “Şeyi qoyacağıq” deyərkən enerji və təbii qaynaqlar naziri Taner Yıldız mikrofonun açıq olduğunu görüb və bütün mikrofonları söndürüb.
Yuxarıdakı dialoqa zaldakı bütün KİV nümayəndələri şahid olub.