Türkiyənin Ərdoğana yaxın “Yeni Şəfəq” qəzetinin yazarı Abdulkadir Səlvi baş nazir Ərdoğanın dediyini iddia etdiyi şok sözlər qələmə alıb.
Lent.az-ın bu ölkənin mətbuatına istinadən xəbərinə görə, Ərdoğan 3 nazirinin övladlarının həbs edildiyi “Böyük rüşvət” işinin prokuroru Zəkəriyyə Öz barədə bir sıra ittihamlar səsləndirib.
Jurnalistin yazdığına görə, Ərdoğan deyib ki, prokuror Zəkəriyyə Öz polislərə rəhbərliyində onun nazirlərindən birinin dayandığı bir cinayətkar şəbəkənin siyahısını yazdırmaq istəyib. Ərdoğan A.Səlviyə bildirib ki, onlar “Ərgənəkon” işinə görə Z.Özü iki dəfə təltif edib, vəzifəsini böyüdüblər, lakin o, bunlara razı olmayıb: “Bizdən bölgəni istədi. Vermədik. “O zaman siz görərsiniz” deyir.