Ərdoğan hökuməti hakimlərə danışmağı qadağan etdi
30 dekabr 2013 14:26 (UTC +04:00)

Ərdoğan hökuməti hakimlərə danışmağı qadağan etdi

Ərdoğan hökuməti hakimlərə danışmağı qadağan etdi

 

Dekabrın 17-də ucu bir sıra sabiq hökumət üzvlərinə də toxunan korrupsiya əməliyyatlarının ardından Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın məhkəmə sisteminə müdaxilələri davam edir.

 

Lent.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, Ərdoğan hökumətinin yeni ədalət naziri Bəkir Bozdağ bu gün gözlənilməz bir qərara imza atıb. Belə ki, yeni təlimata görə, bundan sonra Türkiyənin Hakimlər və Prokurorlar Yüksək Qurumu (HSYK) ədalət nazirindən xəbərsiz heç bir açıqlama verə bilməz.

 

Məlumatda bildirilir ki, nazirin HSYK-ya göndərdiyi yeni təlimata görə, bundan sonra bu qurumun bütün açıqlamalarını ədalət naziri şəxsən səsləndirəcək. Qeyd edək ki, ədalət naziri qanuna görə HSYK-nın sədridir. Yeni təlimatda da göstərilir ki, bundan sonra HSYK adına veriləcək açıqlamaları qurumun sədri kimi ədalət naziri şəxsən özü dilə gətirəcək.

 

Bu qərarla birlikdə Ərdoğan hökuməti hakim və prokurorların birləşdiyi əsas qurum olan HSYK-nın da ağzını bağlamış oldu.

 

Qeyd edək ki, HSYK ötən həftə sərt bəyanat yaymış, hökumətin məhkəməyə və prokurorluğa müdaxilə etdiyini bildirmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1209
avatar

Oxşar yazılar