Ərdoğan: “Olduğum yeri bombaladılar, köməkçimi girov götürdülər”: <span style="color:red;">GÖRÜNTÜLƏR  - <span style="color:red;">YENİLƏNİB
16 iyul 2016 05:30 (UTC +04:00)

Ərdoğan: “Olduğum yeri bombaladılar, köməkçimi girov götürdülər”: GÖRÜNTÜLƏR - YENİLƏNİB

"Mən Marmarisdəydim. Hadisələr barədə məlumat aldım və buraya gəlmək üçün çıxdım. Mən çıxdıqdan sonra olduğum yeri bombalayıblar". Lent.az-ın məlumatına görə, bu sözləri Türkiyə preizdenti Rəcəb Tayyib Ərdoğan Atatürk Hava limanında keçirdiyi mətbuat konfransı zamanı deyib. 

 

Prezident bildirib ki, hərbi qiyamçılar onun hələdə də istirahət məkanında olduğunu zənn etdikləri üçün onu məhv etmək məqsədilə bu addımı atıblar: "Ancaq onlar bizim gəldiyimizdən xəbər tutmadılar".

 

Ərdoğan deyib ki, qiyamçılar onun xüsusi məsələlər üzrə köməkçisini də girov götürüblər.

 

***

05:25

 

“Bu bir xəyanətdir. Vətənə xəyanətin qarşılığını da ağır ödəyəcəklər”. Lent.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hərbi qiyamla bağlı Atatürk Hava limanında keçirdiyi ilk mətbuat konfransında deyib. O, hərbi qiyam cəhdinin “paralel yapı” adlandırılan güc tərəfindən həyata keçirildiyini deyib: “Onlar Pensilvaniyadan təlimat alırlar”.

 

Prezident bildirib: “Millətin səsilə iş başına gəlmiş hökuməti, prezidenti həzm edə bilməyənlərə demək istəyirəm ki, biz bu müqəddəs davaya başımızı qoymuşuq, kəfənimizlə bu yola çıxmışıq. “Hər olanda xeyir var” deyimilə yanaşırıq bunlara. Bu olaylar Silahlı Qüvvələrimizin təmizlənməsinə vəsilə olacaq”.   

 

***

 

05:12

 

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan İstanbula gəlib. 

 

APA-nın xəbərinə görə, o, bir daha xalqı meydanlara, hava limanlarına çağırıb. 

 

O bildirib ki, bu çevirilişi hazırlayanlar "bunun hesabını çox-çox ağır ödəyəcəklər". 

 

"Bir olacağıq, birlikdə olacağıq, birlikdə Türkiyə olacağıq" deyən prezident hadisə ilə bağlı detallı açıqlama verməyib.  

 

***

 

04:50

 

Bu dəqiqələrdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı Dalamandan gətirən təyyarə İstanbulda Atatürk Hava Limanına enib. Lent.az-ın məlumatına görə, bu barədə Türkiyə mediası xəbər yayıb. Məlumatda bildirilir ki, ölkə prezidentini çoxsaylı vətəndaşlar qarşılayıb. 

 

Baş nazir Binəli Yıldırım isə Türkiyə hava məkanının uçuğa qapadıldığını bildirib: "Bu andan etibarən uçuğa qadağa qoyuruq. Bunlara lazımi cavab veriləcək".

 

***

04:05

Hərbi qiyam cəhdindən sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, İstanbula gəlmək üçün Dalaman Hava limanından “Gulfstream G450” tipli TC-ATA təyyarəsində havaya qalxıb.

 

Türkiyə vaxtı ilə saat 01.43-də Dalamandan havaya qalxan təyyarə indiki dəqiqələrdə Biga yaxınlığında havada gözləməkdədir. Təyyarənin Atatürk Hava limanına enməsi üçün zəruri təhlükəsizlik tədbirlərinin görülməsi gözlənilir.

 

Digər tərəfdən, baş nazir Binəli Yıldırım Türkiyə hava məkanının uçuğa qapadıldığını bildirib.

 

 

 

 

***

 

01:30

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə son saatlarda baş verən hadisələrlə bağlı yürli televiziyalara telefon vasitəsilə vidogörüntülü aşıqlama verib. Ölkə prezidenti baş verənləri ölkənin qanuni hakimiyyətinə və dövlətə qarşı antikonstitusion hərəkət adlandırıb və xalqı meydanlara çıxaraq dövlətçiliyi müdafiə etməyə çağırıb. O, "biz belə cəhdlər çox gördük, bunun da öhdəsindən gələcəyik" - deyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 235
avatar

Oxşar yazılar

Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42
Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT:  72 nəfər tutuldu

Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT: 72 nəfər tutuldu

25 iyul 2024 , 09:40
Rusiyada Mi-28 helikopteri  qəzaya uğradı -YENİLƏNİB

Rusiyada Mi-28 helikopteri qəzaya uğradı-YENİLƏNİB

25 iyul 2024 , 08:35