Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Pakistan səfərindən dönərkən Ankarada hava limanında onu qarşılayanların önündə çıxış edib.
Lent.az-ın "habertürk"ə istinadən verdiyi məlumata görə, hökumət başçısı deyib ki, dekabrın 17-də keçirilən əməliyyatın əsl niyyəti milli iradəyə, millətə qarşı olmaqdır: " Burada bir seçim var. Ya millət, ya zillət! Millət deyənlərin qalib gələcəyinə inanıram. Zillətə tabe olanlar yenə uduzacaq. Bundan rahatsız olmayın. Dik duracağıq, ancaq dikləşməyəcəyik".
Ərdoğan Fətullah Gülənin "bədduası"a da münasibət bildirib: "Bizə Bosniya, Dəməşq, Qahirə, Bağdad və Miyanmanın duaları yetər. Bizə 76 milyon arasındakı gözüyaşlı nənələrin duaları yetər. Bu axşam buradan bəddualara lənət deyib, duaya dəvət edirəm".
Ərdoğan bildirib ki, son 11 ildə Türkiyədəki inkişaf göz önündədir: " Açıq deyirəm, millətin malını oğurlayan varsa, onun hesabını biz və hüquq soruşacaq".