Ərdoğan: “Əməliyyat dövlət çevrilişinə cəhddir, hədəf mənəm”
26 dekabr 2013 14:32 (UTC +04:00)

Ərdoğan: “Əməliyyat dövlət çevrilişinə cəhddir, hədəf mənəm”

 

“Oğlumu hədəfə alaraq, mənə çatmaq istəyirlər”.

 

Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, bu sözləri Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ölkədə keçirilən korrupsiya əməliyyatlarında oğlu Bilal Ərdoğanın da adının hallandırılmasına münasibət bildirərkən deyib. Bunu baş nazirin dilindən Türkiyənin hökumətə yaxın “Yeni Şəfəq” qəzetinin yazarı Əbdülqadir Səlvi yazıb. 

 

Jurnalist qeyd edib ki, baş nazir Pakistandan Türkiyəyə qayıdarkən bu barədə yazarlarla söhbətində bəhs edib.

 

Ərdoğan bildirib ki, əməliyyatın hədəfi məhz odur və oğlu Bilalın idarə heyətinin rəhbəri olduğu TÜRGEV təşkilatının vasitəsilə işi ona bağlamaq istəyirlər.

 

Keçirilən əməliyyatı “dövlət çevrilişinə cəhd” kimi qiymətləndirən baş nazir bildirib ki, polisdəki ilkin ifadələrdə də bir sıra layihələrdə oğlu və qızının idarə heyətində təmsil olunduğu TÜRGEV təşkilatının adını hallandırıblar.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1693
avatar

Oxşar yazılar