Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bu gün bələdiyyə seçkiləri ilə bağlı Manisa şəhərində olub.
Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Ərdoğan mitinqdəki çıxışında ötən həftə başladılan korrupsiya əməliyyatlarından danışıb.
Baş nazir deyib ki, dövlətin içində kök atmağa çalışan bir qruplaşma, dəstə var. Həmin dəstə şəxsi həyat deyə bir şey tanımır: “Günahsız insanları ləkələmək istəyən prokurorlar, polislər var. Heç bir prokuror media ilə səlahiyyət bölgüsü edə bilməz. Ədalət sarayının qarşısında bəyanat yayır. Sən necə bir adamsan, kimə xidmət edirsən?”.
Ərdoğanın sözlərinə görə, həqiqət gec-tez yerini tutacaq: “Bu alçaq layihəni Türkiyədə bəzi dəstələr, media, kapital sahibləri və siyasi qruplar üzərlərinə götürüblər”.