Əlcəzair prezidenti seçkiyə xəstəxanada müayinədən başlayır
15 yanvar 2014 02:46 (UTC +04:00)

Əlcəzair prezidenti seçkiyə xəstəxanada müayinədən başlayır

Bu il aprelin 16, yaxud 17-də prezident seçkisi keçiriləcək.

 

Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, bu haqda Əlcəzair «Press Servis» xəbər yayıb.

 

Əlcəzairlə bağlı yayılan başqa bir xəbərdə isə bildirilib ki, ölkə prezidenti 76 yaşlı Əbdüləziz Buteflik yanvarın 13-də Parisdə «Val de Qras» xəstəxanasına yerləşdirilib. Mənbə bildirib ki, o, planlaşdırılmış tibbi müayinədən keçir və yanvarın 17-ə kimi «Val de Qras»da saxlanılacaq.

 

Buteflikin sağlıq durumu ilə bağlı məsələ seçkiqabağı aktuallaşıb. O,  yenidən prezidentliyə namizəd olmaq istəyir.

 

 

Buteflik ərəb dünyası və Afrikada ən təcrübəli siyasətçilərdən sayılır.

 

O, siyasi karyerasını 1960-cı illərdən qurmağa başlayıb. 26 yaşın Əlcəzairin xarici işlər naziri olub. 15 il bu vəzifədə çalışıb. 1999-cu ildən isə prezidentdir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 499
avatar

Oxşar yazılar