Əfqanıstanda sui-qəsd:  prezidentliyə əsas namizəd sağ qalıb
20 fevral 2014 03:46 (UTC +04:00)

Əfqanıstanda sui-qəsd:  prezidentliyə əsas namizəd sağ qalıb

Əfqanıstan prezidentliyinə əsas namizədlərdən biri Abdulla Abdulla  sui-qəsddən sonra sağ qalıb.

 

Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, terror aktının məsuliyyətini talban üzərinə götürüb.

 

Nanqarhar əyalətində keçirilən seçkiqabağı mitinqdə qayıdarkən 54 yaşlı siyasətçinin olduğu avtomobil karvanı paytaxt Kabulda atəşə məruz qalıb. Abdulla Abdullanın 3 cangüdən həlak olub, daha bir neçə tərəfdarı yaralanıb.

 

Əfqanıstan Daxili İşlər Nazirliyi olayın baş verdiyini təsdiqləsə də, zərərçəkənin olmadığını bildirib

 

Bu yaxınlarda A.Abdullanın iki tərəfdarı Heratda öldürülmüşdü.

 

Qeyd edək ki, taliban hakimiyyəti devrildikdən sonra Abdulla Abdulla Əfqanıstanın xarici işlər naziri olub. Bu ilin aprelində keçirilməsi nəzərdə tutulan prezident seçkisində 11 nəfərin namizədliyi qeydə alınıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 843
avatar

Oxşar yazılar