Əfqanıstanda növbəti qırğın
19 yanvar 2014 11:53 (UTC +04:00)

Əfqanıstanda növbəti qırğın

0

Əfqanıstanın paytaxtı Kabildə təşkil edilən intihar hücumunda ən az 21 nəfər həyatını itirib. 

 

Livan restoranındakı hadisədə Birləşmiş Millətlər Təşkilatının (BMT) 3 nəfər əməkdaşı və Beynəlxalq Valyuta Fondunun nümayəndəsi də ölüb. Terror hadisəsinə görə, məsuliyyəti "Taliban" hərəkatı öz üzərinə götürüb.

 

Terror aksiyası nəticəsində ölən 13 nəfər Kanada, Rusiya və Livan vətəndaşları da var.

 

İntihar hücumunun reallaşdırıldığı və ümumiyyətlə diplomatik vəzifəlilərin yaşadığı Vəzir Əkbər Xan küçəsindəki  yeməkxanaların ətrafında təhlükəsizlik tədbirləri artırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 782

Oxşar yazılar