Əfqanıstanda  soyuqdan 11 uşaq həlak olub
23 yanvar 2013 02:17 (UTC +04:00)

Əfqanıstanda  soyuqdan 11 uşaq həlak olub

Yanvarın ilk iki həftəsində Əfqanıstanın Kabul və Herat əyalətlərindəki qaçqın düşərgələrində 17 nəfər, o cümlədən 11 uşaq soyuqdan həlak olub.

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, bu haqda Beynəlxalq Əfv təşkilatı açıqlama yayıb. Hüquq müdafiəçilərinin məlumatlarına əsasən, ölkə daxilindəki döyüş əməliyyatları ucbatından yaşayış yerindən olmuş qaçqınlar daha çox Kabul və Heratda məskunlaşıb.

Mütəxəssislərin göstəricilərinə görə, həmin bölgələrdəki qaçqın düşərgələrində yarım milyon ölkə vətəndaşı var. Ötən ilki qışda isə Əfqanıstanda yüzdən çox insan, o cümlədən uşaq və qoca həlak olmuşdu.

Qurumun Asiya ölkələri üzrə təmsilçiliyinin direktor müavini Polli Truskot bildirib ki, qaçqın düşərgələrində soyuqdan insanların ölməsi ölkədəki evsiz insanlara yardımların edilməsi sisteminin əsaslı dəyişikliyə ehtiyac olduğunu sübut edir : «İlk növbədə uşaqlara, qocalar, imkanları məhdud insanlara və hamilə qadınlar yaşayış yeri ilə təmin olunmalıdır».

Əfqanıstanın «khaam press» saytının bildirdiyinə görə, BMT ölkədə 459 min evsiz insan qeydə alıb, ancaq bu sayın daha çox olduğu istisna edilmir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 545
avatar

Oxşar yazılar