15.06
Azərbaycan əsilli iş adamı belə tutuldu.
Nazir övladları ilə yanaşı, Halkbank-ın baş direktoru Süleyman Aslan və İstanbulun Fatih bələdiyyəsinin sədri Mustafa Dəmir də nəzarət altına alınıb.
Bundan başqa, hələlik adları dəqiqləşdirilməyən 4 nazirliyin əməkdaşının da nəzarət altına alındığı bildirilir.
12.24
Türkiyədə saxlanılan şəxslərə dair yeni məlumatlar açıqlandı. Saxlanılan nazir oğlunun İqtisadiyyat naziri Zafər Çağlayanın oğlu Saleh Kaan Çağlayan olduğu bildirilir.
Həbs olunanlar arasında daha iki nazir - Daxili işlər naziri Müammar Gülərin oğlu Barış Gülər və Ekologiya və şəhərsalma naziri Ərdoğan Bayraktarın oğlu Abdullah Oğuz Bayraktar da var.
11:39
İstanbul Respublika Prokurorluğu rüşvət əməliyyatı ilə bağlı səhər saatlarında başladığı əməliyyat zamanı aralarında bır sıra tanınmış iş adamlarının da olduğu 22 nəfəri saxlayıb.
Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, həbs olunanların arasında tanınmış azərbaycanlı iş adamı, müğənni Ebru Gündeşin həyat yoldaşı Rza Zərrab da var.
Həmçinin Türkiyənin məşhur biznesmeni Ali Ağaoğlu da həbs olunanlar sırasındadır.
Bəzi mənbələr nazirlərdən birini oğlunun da saxlanıldığı xəbərini yayıblar. Şübhəli şəxslər xəstəxanada tibbi müayinədən keçirildikdən sonra İstanbul Əmniyyət Müdirliyinə (polis idarəsi) aparılıblar.
Hazırda onlar barədə istintaq tədbirləri gedir.