Afrikada tüğyan edən və tədricən dünyaya yayılan Ebola xəstəliyindən ölənlərin sayı 1145-ə çatıb
Lent.az-ın “Röyters”ə istinadən verdiyi xəbərə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının məlumatında bildirilir.
BMT-in məlumatına görə, son iki gün ərzində Qvineya, Liberiya, Nigeriya və Syerra-Leonedə 152 nəfər bu təhlükəli xəstəliyin qurbanı olub.
Ümumdünya Səhiyyə Təşkilatı Ebola xəstəliyinin yayılmasının beynəlxalq əhəmiyyətli təhlükə olduğunu etiraf edib.