Misirin tanınmış dissident siyasətçisi, sosialist-nasirçi (Misirin mərhum prezidenti Əbdül Nasirin davamçısı) Həmdin Səbbahi qarşıdan gələn prezident seçkində namizəd olacağını bildirib.
Lent.az-ın «Frans press»-ə istinadən məlumatına görə, bu bəyanatı o, Qahirədə keçirdiyi mətbuat konfransında tərəfdarlarına müraciət edərkən verib.
«Misirin vətəndaşı Həmdin Sabbahinin prezidentlik uğrunda mübarizədə iştirakı şəxsi qərarıdır»-deyə, o, qərarını belə açıqlayıb.
O, «inqilab adından misirliləri müdafiə üçün» korrupsiyaya qarşı mübarizəni əsas vəzifəsi sayacağını bildirib: «Biz Mübarəkin korrupsiyalaşmış və Mursinin avtoritar rejimindən artıq doymuşuq».