Dvorkovıç Karapetyanla danışıqlar apardı
26 yanvar 2018 03:07 (UTC +04:00)

Dvorkovıç Karapetyanla danışıqlar apardı

Ermənistan hökumətinin rəhbəri Karen Karapetyan və  rusiyalı baş nazirinin  müavini Arkadi Dvorkovıç arasında danışıq olub.

 

APA-nın xəbərinə görə, görüş Davos Ümumdünya İqtisadi Forum çərçivəsində keçirilib.  

 

Məlumata görə, tərəflər Avrasiya İqtisadi Birliyinin fəaliyyətini və Ermənistanda yaradılan azad iqtisadi zonada Rusiya sahibkarlarının və kapitalının iştirakını müzakirə ediblər.

 

Karen Karapetyanın sözlərinə görə, kənd təsərrüfatı, əsasən də heyvandarlıq sahəsində əməkdaşlığın perspektivləri də müzakirə edilib.  

 

Qeyd edək ki, “Meqri” azad iqtisadi zonası Ermənistan-İran sərhədində dekabrın 15-də yaradılıb.    

 

İstehsal ediləcək malları İran, AİB, Yaxın Şərq ölkələri və Türkmənistana ixrac etmək planlaşdırılır.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 220
avatar

Oxşar yazılar