Rusiyanın Dövlət Duması «dini-ekstremizmi yayan» xarici dövlətlərin ali məktəblərinin «qara siyahısını» hazırlamağı təklif edir.
Lent.az-ın «RİA Novosti» -yə istinadən məlumatına görə, bu haqda uyğun bəyanatla duma komitəsi sədrinin birinci müavini Mixail Merkelov çıxış edib.
O, deyib ki, Səudiyyə Ərəbistanı, Pakistan, Qatar, Türkiyə, Misir və başqa ölkələrin özəl islamöynlü ali təhsil müəssisələrində tələbələr belə təlimlər verilir.
Deputatın nəzərincə, oralarda təhsil alan belə tələbələrin «Rusiya ərazisinə girməsi məhdudlaşdırıla da bilər».