Dubayda turistləri daşıyan avtobus aşıb, 15 nəfər ölüb
Dubayda turistləri daşıyan Omana məxsus dövlət nömrə nişanı ilə hərəkətdə olan avtobus sürücünün idarəetməni itirməsi nəticəsində aşıb.
APA “RİA Novosti”-yə istinadla xəbər verir ki, avtobusda olan 31 turistdən 15-i ölüb, 5-i yaralanıb.
Bu barədə Dubay polisi rəsmi tvitter səhifəsində məlumat yayıb.
Hadisə Şeyx Məhəmməd Bin Zayed yolunda qeydə alınıb.
Sərnişinlərin milliyəti və hadisənin hansı şəraitdə başvermə səbəbləri barədə dəqiq məlumat açıqlanmayıb.
774