ABŞ Dövlət Departamenti İsrailə səfər etmək istəyən vətəndaşlarına yenilənmiş təlimatı dərc edib.
Lent.az-ın «newsru»-ya istinadən məlumatına görə, əvvəlki təlimat bu ilin avqustunda qəbul olunub. Yenilənmiş sənəddə isə bildirilib ki, hər il İsarilə və İordan çayının qərb sahilinə 3 milyon xarici turist, o cümlədən bir neçə yüz min ABŞ vətəndaşı təhsil almaq, ticarətlə məşğul olmaq, istirahət etmək səfər edir.
Dövlət Departamentinin əməkdaşları İsrail hakimiyyəti və Fələstin Muxtariyyatı ABŞ və başqa dövlətlərin vətəndaşlarının təhlükəsizliyini təmin etmək məqsədi ilə bütün tədbirləri görürlər. Bununla belə qurum vətəndaşlarına sayıqlığı azaltmamağa çağırıb.
Bu il noyabrın 21-də Təl-Əvivdə avtobusun partlamasını departament amerikalılara, eləcə də səfirlik və konsulluğun əməkdaşlarına xatırladaraq, onlara ictimai nəqliyyatdan istifadə etmək, avtobus dayanacaqlarında durmaq və mərkəzi avtovağzala getmək qadağan edilib.
Təl-Əvivin raket atəşinə məruz qaldığını nəzərə alan qurum vətəndaşlarına xəbərləi izləməyi, sığınacaqların yerləşdiyi yerləri öyrənməyi məsləhət görüb.
Qüdsə gedəcək amerikalılara Köhnə şəhərdə, eləcə də Salahəddin küçəsində və Dəmass qapılarında, Silvan və Şeyx Carax məhəllələrində isə daha çox sayıq olmaq məsləhət görülüb.
ABŞ rəsmilərinə yerləşdiyi yer barədə məlumat vermədən Qəzza zolağına və ya Beyər-Şevanın cənubuna getmək yasağı qalmaqdadır.