Donbasda atəşkəs qüvvəyə mindi
15 fevral 2015 02:58 (UTC +04:00)

Donbasda atəşkəs qüvvəyə mindi

Ukraynanın şərqində bir neçə gün əvvəl Minskdə əldə olunan atəşkəs rejimi haqqında saziş qüvvəyə minib.

 

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, tərəflər yerli vaxtla fevralın 15-i gecə 00.00-da (Bakı vaxtı ilə 02.00) atəşin dayandırılmasına dair niyyətlərini təsdiqləyiblər.

 

Məlumata görə, Ukrayna prezidenti Pyotr Poroşenko hərbi birləşmələrə atəşin dayandırılmasına dair əmr verib. Bunu dövlət başçısı Baş Qərargahda ordu komandanları ilə keçirdiyi müşavirədən sonra elan edib

 

“Mən Ukrayna Silahlı Qüvvələri, Milli Qvardiya, DİN, Sərhəd Xidməti və Ukrayna Təhlükəsizlik Xidmətinin birləşmələrinə fevralın 15-i gecə 00.00-dan etibarən atəşin dayandırılmasını əmr edirəm”, deyə Poroşenko bəyan edib.     

 

Qeyd edək ki, bir neçə gün əvvəl Minskdə Ukraynanın şərqində münaqişə zonasında atəşin dayandırılmasına dair razılaşma əldə olunub. Sazişdəki müddəalardan biri ağır silahların 14 gün ərzində təmas xəttindən geri çəkilməsini nəzərdə tutur. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 124
avatar

Oxşar yazılar