Dmitri Medvedev Ukraynadan danışdı
24 fevral 2014 17:04 (UTC +04:00)

Dmitri Medvedev Ukraynadan danışdı

Rusiyanın baş naziri Dmitri Medvedev Ukraynada yaranmış vəziyyətin Rusiyanın milli maraqlarına təhlükə törətdiyini bəyan edib.


 

APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, D. Medvedev bildirib ki, Moskva Ukraynadakı Rusiya vətəndaşlarının həyatı və sağlamlığı üçün ciddi narahatlıq keçirir. O, Rusiyanın Ukraynadakı səfiri Mixail Zurabovun məsləhətləşmələr üçün geri çağırılmasını məhz bununla əlaqələndirib: “Diplomatik praktikada bunun nə mənaya gəldiyini mənim izah etməyimə ehtiyac yoxdur”. 

 

Rusiyanın hökumət başçısı hazırda Ukraynada dialoq qurula biləcək legitim tərəfdaşlar görmür: “Qara maskada “Kalaşnikov” avtomatları ilə Kiyev küçələrində gəzən adamları hökumət hesab etsək, onda belə hökumətlə işləmək çətin olacaq”. D. Medvedevin sözlərinə görə, Moskva o halda Ukrayna ilə münasibətlərin bərpasına hazır olacaq ki, orada Konstitusiya və qanunlara əsaslanan normal müasir hakimiyyət ortaya çıxsın. Onun fikrincə, iki ölkə arasında imzalanmış bütün sazişlər yerinə yetirilməlidir.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1198
avatar

Oxşar yazılar