Türkiyədə növbəti terror: 1 şəhid, xeyli yaralı var - YENİLƏNİB
28 iyun 2016 14:45 (UTC +04:00)

Türkiyədə növbəti terror: 1 şəhid, xeyli yaralı var - YENİLƏNİB

0

 

 

Bu gün Türkiyədə törədilən terror aktında yaralanan polis əməkdaşı şəhid olub.

 

APA-nın “Milliyet’ qəzetinə istinadən verdiyi məlumata görə, Diyarbəkrin Diclə qəsəbəsində PKK tərəfindən törədilən terror aktında yaralanan polislərdən birini həkimlərin səylərinə baxmayaraq, xilas etmək mümkün olmayıb.

 

Partlayışın baş verdiyi ərazinin giriş və çıxışları bağlanıb, bölgədə əməliyyata başlanılıb.

 

***

13:11

 

Türkiyədə, Diyarbəkirin Dicle mahalında böyük bir partlayış qeydə alınıb.

 

Lent.az-ın Hüriyyətə istinadən məlumatına görə, PKK terrorçularının təşkil etdiyi bomba yüklü maşının partlaması nəticəsində 2-si polis olmaqla 8 nəfər yaralanıb. Hadisə yerinə təcili tibbi yardımlar sövq edilib.

Partlayış nəticəsində yol kənarındakı ev və iş yerlərində də zərər dəyib.

Polislərdən birinin vəziyyəti ağırdır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 332

Oxşar yazılar