Dağıstanın Dərbənd şəhərində müstəntiq silahlı hücum nəticəsində qətlə yetirilib. Lent.az-ın yerli polisə istinadən verdiyi məlumata görə, naməlum şəxslər müstəntiqə idman zalından çıxdığı vaxt atəş açıblar.
Zərərçəkən aldığı yaralardan yerindəcə keçinib. Qətlin 2 nəfər tərəfindən törədildiyi bildirilir. Dərbənd polisi həyəcan siqnalı ilə ayağa qaldırılıb.