Dağıstanın Dərbənd şəhərində yaraqlıların gizləndiyi ev mühasirəyə alınıb. Yerli sakinlərdən birinin Lent.az-a verdiyi məlumata görə, həmin evdə yaraqlılardan birinin həyat yoldaşı və 3 uşağı var.
Bu səbəbdən, hüquq-mühafizə orqanları evə hücum edə bilmir. Hazırda danışıqlar aparılır. Ətrafa heç kim buraxılmır.