Deputat özünü asdı
29 yanvar 2014 10:48 (UTC +04:00)

Deputat özünü asdı

Ukraynanın Kramatorsk şəhər sovetinin hakim Regionlar Partiyasının deputatı Viktor Palaquta intihar edib. Lent.az-ın məlumatına görə, bu barədə «anspress» Ukrayna KİV-ə istinadən xəbər yayıb. Məlumata görə, deputat iş otağında asılı vəziyyətdə tapılıb. Yerli şəhər polisi intiharın motivləri haqqında hələlik heç bir məlumat verməyib.

Palaqutanın son zamanlar sağlamlıqla bağlı ciddi problemləri var idi. Bəzi ehtimallara görə, deputat bu səbəbdən intihara cəhd edib.

Qeyd edək ki, Viktor Palaquta Kramatorsk şəhər sovetinin hakim Regionlar Partiyasının deputatı idi. O, memarlıq və inşaat, torpaq münasibətlərinin tənzimlənməsi məsələləri daimi komissiyasının üzvü idi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1769
avatar

Oxşar yazılar