Kiyevin Qruşevsk və «Krepost» döngəsində müxalifətin barrikadasını «təmizləyib».
Lent.az-ın «unian.net»-ə istinadən məlumatına görə, bu haqda «Ukrainskoy pravda»-ya deputat Andrey Şevçenko xəbər verib.
«Milis barrikadanı yığışdıranda oradakı insanları qəddarcasına döydü. Bütün olanlar videokamera ilə çəkilib. Xüsusi təyinatlılar düşərgəni iki yerə böldü və addım –addım irəlilədi. Çadırlar dağıdılıb» - deyə, deputat bildirib.
Onun sözlərinə görə, o, həbs edilən iki nəfəri azad elətdirib.