Fransız aktyor: “Mən dünyanın mədəniyyət naziriyəm”
Rusiya prezidenti Vladimir Putinin Rusiyanın ümumvətəndaşlıq pasportu təqdim etdiyi fransız aktyor Jerar Depardyeyə Mordoviyanın mədəniyyət naziri postu təklif edilib.
Lent.az-ın “gazeta.ru” saytına istinadən verdiyi məlumata görə, bunu aktyorun dostu, Rusiya Dövlət Film Fondunun rəhbəri Nikolay Borodaçev açıqlayıb.
Jerar Depardye təklifə görə təşəkkürünü bildirsə də, bundan imtina edib. Aktyor deyib ki, “o, dünyanın mədəniyyət naziridir”.