Bu gün Suriyanın paytaxtı Dəməşqdə yanacaqdoldurma məntəqəsində partlayış törədilib.
Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, bomba yüklü avtomobil Barzi əl-Balyad rayonunda yanacaqdoldurma məntəqəsinə daxil olub və partlayıcı qurğu işə salınıb.
Nəticədə azı 10 nəfər ölüb, 40 nəfər yaralanıb. “Əl-İxbariyə” telekanalı yanmış cəsədlərin də görüntüləndiyi reportaj yayımlayıb.