Dəməşq işıqsız qalıb: qaz kəməri partlayıb
22 dekabr 2013 04:11 (UTC +04:00)

Dəməşq işıqsız qalıb: qaz kəməri partlayıb

Dəməşq ətrafında elektrostansiyaya gedən qaz kəməri partladılıb.

 

Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, həmin elektrik stansiyası Suriya paytaxtını elektrik enerjisi  ilə təchiz edir.

Yerli KİV bildirib ki, daha 5 əyalət işıqsız qalıb.

 

«Partlayış Deyr-Əli rayonunda, Dəməşqdəki beynəlxalq hava limanının 5 km - liyində baş verib. Qazın alovları paytaxtın başqa rayonlarından da görünür» - deyə, şahidlərdən biri söyləyib.

Partlayışın səbəbi araşdırılır.

Bir ay öncə qaz kəmərində baş vermiş partlayış nəticəsində Dəməşqə ətrafındakı rayonlar, o cümlədən Latakiya və Tartus işıqsız qalmışdı. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 674
avatar

Oxşar yazılar